Azərbaycan

Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi qanunu “Rəsmi qəzet”də

Türkiyə Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvələr göndərilməsi barədə qərarı “Rəsmi Qəzet”də dərc olunub.
Qərarın giriş hissəsində qeyd olunub ki, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi iki ölkə arasında 16 avqust 2010 tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun olaraq həyata keçirilir.
Qərarda bildirilib ki, dost və qardaş ölkə olan Azərbaycanın işğal altındakı ərazilərini azadetmə mücadiləsi illərdir davam edir.
“Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərinin azad edilməsi istiqamətində önəmli uğurlar qazanıb”, – deyə məlumatda bildirilib.
Qərara əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Related Articles

Bir cavab yazın

Back to top button