İran

İran Mərkəzi Bankı: Bloklanmış pulların sərbəst buraxılması və alınması ilə bağlı heç bir söhbət olmayıb

İranın bloklanmış pullarının sərbəst buraxılması ilə bağlı geniş təbliğat aparmasına baxmayaraq, ölkənin Mərkəzi Bankının rəsmilərindən biri məsələ ilə bağlı sadəcə ilkin razılaşmanın əldə edildiyini və həmin maliyyə mənbələrinin sərbəst buraxılması ilə bağlı heç bir danışığın getmədiyini deyib.

İran Mərkəzi Bankının beynəlxalq məsələlər şöbəsinin müdiri Məhəmmədrza Xətayi bu barədə “İRNA” ajansına bildirib: “İranın bloklanmış pullarının əhəmiyyətli hissəsinin ölkələrin birində sərbəst buraxılması üçün ümumi çərçivə müəyyən edilib və bölgəsəl nümayəndə heyəti razılaşmanın icrasının detallarını ümumiləşdirmək üçün Tehrana səfər edib”.

Xatırladaq ki, ötən həftə İran mediası İranın bloklanmış pullarının ölkələrin birində sərbəst buraxılması ilə bağlı geniş təbliğat kampaniyası aparmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button