İran

İran uraniumun zənginləşdirilməsində yeni üsuldan istifadə edəcək

Beynəlmiləl Atom Enerjisi Ajansının quzarişində bildirilib ki, İran “Nətənz” atom təsisatında uraniumu zənginləşdirmək məqsədilə daha müasir santrifyujlar quraşdırmağı planlaşdırır. Məsələ ilə bağlı “Reuters” ajansı məlumat yayıb. Məlumata görə, bu hal Amerikanın yeni seçilmiş prezidenti Co Baydenə qarşı basqıları artıracaq. Belə ki, İran hökuməti “Nətənz”də üç yeni IR2M santrifyuj abşarını işə salacaq. Beynəlmiləl Atom Enerjisi Ajansı noyabrın 18-də İranın “Nətənz”dəki ikinci nəsil santrifyujlara uranium hekzafluoridi və ya UF-6 vurmağa başladığını bildirib. Hökumətin bu addımı “atom anlaşmasının çərçivəsindən kənar addım” kimi qiymətləndirilib.
Qeyd edək ki, atom anlaşması olan Bərcama əsasən, İran uraniumu bəlli edilmiş dərəcədə zənginləşdirmək üçün yalnız birinci nəsil IR1 santrifyujlarından istifadə edə bilər. Ancaq İran ötən ilin mayından bəri uraniumun zənginləşdirməsi miqdarını artırıb. Beləliklə, hazırda “Nətənz”də yeni və qadağan edilmiş santrifyujların quraşdırılması planlaşdırılır. Atom anlaşmasına görə, İranın Nətənz atom saytında yalnız 5060 ədəd birinci nəsil santrifyuja sahib olmaq haqqı var.

Related Articles

Bir cavab yazın

Back to top button