İran

İranda polad istehsali ziyan içindədir

İranda elektrik enerjisinin tez-tez kəsilməsi polad sənayesinə 6 milyard dolar zərər vurub. Bu haqda İranın Polad tolidçiləri Birliyinin başqanı Bəhram Sübhani xəbər verib. Onun sözlərinə görə, ölkənin polad ürətimi 40 milyon ton olsa da, işıqların tez-tez kəsilməsi üzündən bu rəqəm 30 milyon tona enib. Ürətimdə azalmış 10 milyon ton polad 6 milyard dolar dəyərindədir. Bəhram Sübhani habelə qeyd edib ki, indi bu alan öz potensialının yüzdə 75-ə qədərindən istifadə edə bilir ki, bu halda qarşıdakı 4 ildə polad ürətiminin yüzdə 55-ə qaldırılması ilə bağlı planların həyata keçirilməsi gerçək görünmür. Onun sözlərinə görə, ölkədə işıq çatışmazlığı problemini aradan qaldırmaq üçün yeni elektrik niruqahının tikilməsinə qərar verilsə, bu, azı 3 il çəkəcək. Bu isə o deməkdir ki, polad sənayesi 3 ildə 18 milyard dolar zərərə düşəcək. Xatırladaq ki, qızmar yay aylarında İranın bütün bölgələrində su və elektrik gündəlik olaraq saatlarla kəsilirdi və indi də bu durum ölkədə davam edir. İran hökumətinin yarıtmaz siyasəti nəticəsində yaranmış bu acınacaqlı duruma etiraz edən xalqı, özəlliklə də Ələhvaz ərəblərini gülləbaran etməklə “böhranı həll etməyə çalışırdı”. xalqı bu qədər böyük çətinliklər içində yaşayan İran hökuməti ölkə sərvətini Yaxın Şərqdə fəaliyyət göstərən “Hizbullah”, “Fatimiyyun”, “Zeynəbiyyun”, “Husilər”, “Taliban” və başqa teror qruplarına xərcləməyə üstünlük verir.

Related Articles

Bir cavab yazın

Back to top button