Azərbaycan

Güneyli milli fəal həbs edildi

Milli fəal məhkəməyə çağrıldıqdan sonra həbs edilib.

Milli fəal məhkəməyə çağrıldıqdan sonra həbs edilib.

“Aznews tv”  xəbərinə görə, ərdəbilli milli-mədəni fəal Əfşar Muhib dekabrın 22-i axşam saatlarında yaxınları ilə telefon əlaqəsi saxlayaraq həbs olunduğunu bildirib.

O, Ərdəbil şəhər Ümumi və İnqilab Məhkəməsinin 3 saylı şöbəsinin istintaq idarəsinə çağrıldıqdan sonra “hakimiyyət əleyhinə təbliğat və hökumətə qarşı müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğunu və Ərdəbilin mərkəzi zindanına köçürüldüyünü deyib.

Əfşar Muhib qısa telefon danışığında həbs olunma səbəblərini izah edə bilməsə də, yazdığı məqalə və paylaşımlarının ittiham olunmasına səbəb olduğunu qeyd edib.

O, daha öncə 23 yanvar 2021-ci il tarixdə iş yerindən çıxarkən İranın əmniyət qüvvələri tərəfindən tutulub və ETTELAAT təcridxanasına aparılaraq dindirilib.

Related Articles

Bir cavab yazın

Back to top button