İran

Ölkədə koronavirus qurbanlarının sayı açıqlanıb

İranda son 24 saatda 3825 nəfər Covid-19 mərizliyinə tutulub. Onlardan 1925-i mərizxanaya yerləşdirilib. Bununla bağlı İran Sağlıq Vəzirliyindən məlumat verilib. Həmin müddətdə 211 nəfər bu mərizliyin qurbanına çevrilib. Hazırda ölkə üzrə ümumilikdə 4121 mərizin vəziyyəti ağırdır. Məlumata görə, İranda 158 şəhər qırmızı vəziyyətdədir. Qərbi Azərbaycan, Ərdəbil, Əlbürz, İlam, Çaharmahal və Bəxtiyari, Əhvaz, Kirmanşah, Mazandaran və Hormozqan ustanlarında qırmızı vəziyyətdə olan şəhərlərin sayı artmaqdadır.
Bildirək ki ,İran Covid-19-la mübarizə aparan ölkələrin listində virusa tutulma sayına görə 13-cü, ən çox ölüm sayına görə 10-cu, koronavirusla ilgili böhranlı vəziyyətdə olan 4-cü ölkədir.

Related Articles

Bir cavab yazın

Back to top button