İran

Bu gün Qulam Hüseyn Bəycəxaninin anım günüdür

Bu gün Güney Azərbaycanın görkəmli hünərməndlərindən Qulam Hüseyn Bəycəxaninin anım günüdür. O, 1297-ci ildə Təbrizdə dünyaya göz açıb. Atası Hüseyn Qulu Xan Bəycəxani Təbrizin tanınmış musiqiçilərindən biri olub. Qulam Hüseyn Bəycəxani hələ altı yaşında ikən atasından tar ifa etməyi öyrənməyə başlayıb. O, 1310-cu ildə atasının ölümündən sonra onun şagirdi Rezaquluxan Zaboli Azəri ilə təhsilini davam etdirib. Sonralar Rezaquluxanın qızı ilə ailə həyatı qurub. Gəncliyində köhnə qramafon lövhələrində Mirzə Hüseynqulunun, Dərviş Xanın, Neydavudun və Əli Əkbər Xan Şahnazinin əsərlərini dinləyərək bu ustaların sazları ilə tanış olub. O, İqbal Azərin də müsiqi sahəsindəki təcrüblərini öyrənib, onunla birlikdə Təbrizin Gülüstan Bağındakı konsertdə çıxış edib. Bəycəxani musiqi sahəsindəki fəaliyyətlərinə Təbriz Radiosunun qurulması ilə başlayıb. Bir müddət sonra Təbriz Radio Orkestrinin məsulu olub. Sənətkarın dillər əzbəri olan, özünəməxsus üslubda ifa etdiyi əsərləri var. Azərbaycanlı musiqiçi Qulam Hüseyn Bəycəxani 1366-cı ildə vəfat edib.

Related Articles

Bir cavab yazın

Back to top button