İran

Xameneyinin vəziyyətinin ağırlaşdığı, vacib görüşlərinin ləğv olunduğu bildirilir

Sosial media və bir sıra media orqanlarının məlumatı rəsmi Tehran tərəfindən təsdiqlənməyib.

Bir sıra xarici media orqanlarında İranın rəhbəri Seyid Əli Xameneyinin vəziyyətinin ağırlaşdığı bildirilsə də, Tehran rəsmiləri və İran mediası məsələ ilə bağlı dəqiq açıqlama verməyib.

İran mediası rəhbərin seçilməsində məsuliyyət daşıyan “Uzmanlar Məclisinin” Əli Xameneyi ilə sentyabrın 10-u axşam saatlarına olan görüşünün ləğv olunduğunu bildirib.

“Uzmanlar Məclisi”nin üzvü Haşim Haşimzadə Herisi mediaya verdiyi açıqlamada görüşün ləğv edildiyini təsdiqləyib.

“Rəhbər müxtəlif məsələlərdən danışdığından indi söhbəti caiz saymadılar və bu görüş onların rahatlığı və vaxtının alınmaması üçün keçirilmədi”-deyə, Herisi bildirib.

İran İnqilab Keşikçiləri Korpusuna bağlı “Təsnim” xəbər agentliyi isə Əli Xameneyinin səhhəti və görüşlərinin ləğv olunması ilə bağlı açıqlamada öncədən heç bir görüşün planlaşdırılmadıını və İran rəhbərinin sağlıq vəziyyəti ilə bağlı məlumatların uydurma olduğunu yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button