İran

İran millət vəkili: “İnternetin məhdudlaşdırılmasında qərarlıyıq”

İranın İslam Şurası Məclisinin Mədəniyyət Komissiyasının sədri Murtuza Ağatehrani ölkədə sosial şəbəkələrin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin icrasında qərarlı olduqlarını deyib.

İranın İslam Şurası Məclisinin Mədəniyyət Komissiyasının sədri Murtuza Ağatehrani ölkədə sosial şəbəkələrin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin icrasında qərarlı olduqlarını deyib.

“Aznews tv” xəbər verir ki, o, bu qanun layihəsinin qəbul edilməsinin “zəruri” olduğunu, lakin onun mətnində bəzi dəyişikliklərin də edilməsinin mümkün olduğunu bildirib.

Qeyd edək ki, sözügedən qanun layihəsi uzun müddətdir İran cəmiyyəti tərəfindən ciddi narahatlıqla müşayiət olunur. Mütəxəssislər bildirirlər ki, əgər bu qanun qəbul edilərsə, İran hökuməti ölkədə populyar olan İnstagram kimi sosial şəbəkələrə girişi məhdudlaşdıracaq və milli internet şəbəkəsi yaradaraq istifadəçilərin şəxsi məlumatlarını ələ keçirəcək.

Related Articles

Bir cavab yazın

Back to top button