Dünyaİran

SEPAH-nin keçmiş baş komandanı: Yaxın günlərdə İsrailə qarşı yeni cəbhə açılacaq

SEPAH-nin keçmiş baş komandanı, hazırda İranın Siyasi Məqsəd Şurasının katibi olan Rezayi İsrailə qarşı yeni cəbhənin açılacağını elan edib: “Biz yeni cəbhənin açılışının şahidi olacağıq, çünki HƏMAS təkcə Qəzzada deyil, Qərb Sahilində və Fələstindən kənarda mövcuddur”.

Son günlər İordan çayının qərb sahilində israillilərə qarşı terror hücumları cəhdləri və fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşmalar nəzərəçarpacaq dərəcədə artıb. Oktyabrın 7-dən noyabrın 18-dək İordan çayının qərb sahilində həbs edilən fələstinli yaraqlıların sayı 1800 nəfər təşkil edib. Noyabrın 18-də HƏMAS-nin yüksək səlahiyyətli nümayəndəsi Əbu Ubaida Qərb Sahilinin sakinlərini “fəaliyyətlərini aktivləşdirməyə” çağırıb.

#İran #İsrail

Related Articles

Bir cavab yazın

Back to top button