İran

Möhsün Fəxrizadənin qətlinin yeni təfərrüatları

İranın silahlı qüvvələrinin üzvü ölkənin atom fiziki üzrə alimi, difa vəzirinin müavini Möhsün Fəxrizadənin qətlinə cəlb edilib. Bu barədə İranın İttilat vəziri Mahmud Ələvi bildirib. Onun sözlərinə görə, ittilat orqanı alimə hazırlanan sui-qəsd haqqında bilib, ancaq bunun harada və nə vaxt baş verəcəyi bəlli olmayıb. Vəzirlik qətldən 5 gün əvvəl bu barədə müvafiq orqanlara məlumat verib. O, vurğulayıb ki, rəhbərlik etdiyi qurum ölkənin silahlı qüvvələrində ittilat işləri apara bilmir.
Ələvinin sözlərinə görə, onlar sui-qəsdlə ilgili alimin üzv olduğu silahlı qüvvələrə müraciət ediblər. Ancaq Möhsün Fəxrizadə ittilat orqanının və silahlı qüvvələrin birgə fəaliyyətinin həmahəng edilməsindən də əvvəl öldürülüb. Daha əvvəl bildirilib ki, İranın atom fiziki üzrə ailminin qətlində şübhəli bilinən bir neçə nəfər saxlanılıb. Möhsün Fəxrizadənin qətlində şübhəli bilinən 4 nəfərin fotosu bütün mehmanxanalara paylanılıb. Özəl xidmət orqanlarından mehmanxana sahibləri də bilgiləndirilib. Bildirilib ki, həmin şəxsləri hoteldə gördükləri halda mehmanxanaya yerləşdirib, onlara bilgi versinlər.

Related Articles

Bir cavab yazın

Back to top button