Dünya

BMT: “Müharibədə Ukraynanın 9 minə yaxın mülki vətəndaşı həlak olub”

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığı 24 fevral 2022-ci il tarixində Rusiyanın hücumunun başlamasından bu günə kimi Ukraynada ölən mülki vətəndaşların sayını açıqlayıb.

Məlumata görə, Ukraynada müharibə zamanı 9 minə yaxın mülki şəxs həlak olub.

Bu barədə aznewstv təşkilatın İnsan Hüquqları üzrə Ali Komissarlığına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı 8 791 nəfər ölüb, 14 815 nəfər yaralanıb.

İnsanların çoxu geniş miqyaslı məhvedici partlayıcı silahların istifadəsi səbəbindən zərər çəkib. BMT-dən bildirilib ki, real rəqəmlər daha çox ola bilər. Mariupol, İzyum, Lisiçansk, Popasnaya, Severodonetsk kimi gərgin döyüşlərin getdiyi bölgələrdə ölən və yaralananlar barədə məlumat gecikdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button