Azərbaycanİran

Ərdəbildə rabitə işçilərinin etiraz aksiyası keçirilib

Aprelin 24-da Ərdəbil əyalətinin Telekommunikasiya Şirkətinin işçiləri etiraz aksiyası keçiriblər.

Əmək haqlarının ödənilmədiyini bildirən narazılar şirkətin Ərdəbil şəhərindəki inzibati binasının qarşısına toplaşıblar.

Aksiyaya toplaşan təqaüdçülər və işçilər bir neçə aydır ki, məvaciblərin ödəniləcəyi ilə bağlı verilən vədlərin yalan çıxdığını bildiriblər.

Onlar bəyan edib ki, əmək haqları ödənilməsə etiraz aksiyaları davamlı olacaq.

Narazılar inflyasiya ilə gəlirlərin uyğun olmadığını və çoxsaylı məişət problemləri ilə üzləşdiklərini deyiblər.
Etirazçılar bildirib ki, qanunla nəzərdə tutulan ödəniş və yardımları da ala bilmirlər.

Related Articles

Bir cavab yazın

Back to top button