Dünyaİran

İranlı diplomatlar Rusiyaya qarşı çıxdılar

İranın bir qrup keçmiş diplomat və səfiri Rusiyanın İran Körfəzində 3 adaya malikiyyətlə bağlı Rusiyanın BƏƏ-ni dəstəkləməsini pisləyən bəyanat yayıblblar.

Diplomatlar Rusiyaın da Çin kimi öz regional məqsəd və maraqlarını həyata keçirmək üçün İranın ərazi bütövlüyünü kompromisə çevirdiyini yazıblar.

“Milli maraqlar və xüsusən də İranın ərazi bütövlüyü hər hansı bir ölkə və siyasi sistemlə anlaşma mövzusu ola bilməz. Çin kimi Rusiya da İranın ərazi bütövlüyünü kompromis vasitəsinə çevirib”,- bəyanatda qeyd edilib.

Qeyd edək ki, Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov iyulun 12-də İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Xatırladaq ki, iyulun 10-da Moskvada Rusiyanın xarici işlər naziri və Körfəz Əməkdaşlıq Şurası baş katibin iştirakı ilə quruma üzv ölkələr arasında strateji dialoq görüşü keçirilib.

Görüşdən sonra birgə bəyanat qəbul edilib.

Sənəddə Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəkləyən fikirlər yer alıb.

Related Articles

Bir cavab yazın

Back to top button