İran

İranda uşaqlar üçün xüsusi mollaların yetişdirilməsi təklif edildi

İranın Namza Qərargahının rəhbəri Möhsün Qəraəti ölkədə uşaqlar üçün xüsusi mollaların tərbiyə edilib yetişdirilməsini təklif edib.

O, xüsusi uşaq həkimlərinin olduğu halda uşaq mollalarının olmamasını nöqsan hesab edib.

Qəraətinin bu təklifi tanınmış mollaların ölkədə məscidlərə gedənlərin və dini təhsil almaq istəyənlərin sayının kəskin azalması ilə eyni vaxta təsadüf edir.

Qeyd edək ki, bir müddət əvvəlİran Ekspertlər Məclisinin nümayəndəsi Ayətullah Cəfər Sübhani İranda 50 min məscidin istifadəsiz qaldığını, yeniyetmə və gənclərin dini təhsilə maraq göstərmədiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button