İran

Amerika rəsmisi: İran hökuməti İraqdakı yaraqlılara dəstəyini dayandırmalıdır

Amerika dövlət katibinin İran və İraq üzrə müavini mətbuata açıqlamasında Tehranın İraqdakı dağıdıcı nüfuzu ilə bağlı dərin narahatçılığını ifadə edərək bildirib ki, İran rejimi İraqdakı proksi (niyabəti) qruplaşmalara dəstəyini dayandırmalı və bu ölkənin, habelə bölgənin sabitliyinin pozulmasındakı iştirakını danmaqdan əl çəkməlidir.

Cennifer Qavito aprelin 22-dəki açıqlamasında habelə qeyd edib: “Prezidenti Co Bayden açıq şəkildə elan edib ki, Amerika İranla problemləri diplomatiya ilə həll etmək istəyir”.

“İraqdan kənardan göstəriş alan proksi qruplaşmalarının hücumları İraq hökumətini zəiflədir və bu hücumlar İraqın və bölgənin sabitliyinin pozulmasına xidmət edir”, – deyə dövlət katibinin müavini əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button