İqtisadiyyat

Azərbaycandan Türkiyəyə təbii qaz ixracatı artıb

2020-ci ilin oktobrında Azərbaycandan Türkiyəyə təbii qaz sadiratı 2019-cu ilin eyni dövrü ilə müqayisədə yüzdə 18,33 artıb. Bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsi məlumat verib.
Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz sadiratı 2,045 milyard, Azərbaycandan 1,102 milyard, Əlcəzairdən 518 milyon mükəəb metr olub.
Oktobrda Rusiyadan Türkiyəyə qaz sadiratı 50,62, Azərbaycan və Əlcəzairdən isə müvafiq olaraq yüzdə 18,33 və 12,83 artıb.
2020-ci ilin oktobrında Türkiyə 3,245 milyard mükəəb metr təbii qazı boru kəmərləri ilə varid edib. 795,46 milyon mükəəb metr qaz isə mayeləşdirilmiş təbii qaz qismində alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button