Azərbaycan

Prezidentin köməkçisi: Ermənistanın sülhə məcbur edilməsi əməliyyatı davam etdirilməlidir

“Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla məhv edilib”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter” hesabında yazıb.

H. Hacıyev qeyd edib ki, kamikadze dron mülki obyektlərin ətrafında hərəkət edib, onun məhv edilməsi ilə daha çox mülki şəxsin həyatı xilas edilib.

“Ermənistanın dövlət terroru davam edir. Sülh qüvvələri Ermənistanı dayandırmağa davam etməlidir”, – Prezidentin köməkçisi vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button