Dünya

Dmitri Muratov: “Kürd muzdluları ermənilərlə birlikdə döyüşür”

Rusiyanın “Novaya qazeta” mətbu nəşrinin sərdəbiri Dmitri Muratov “Exo Moskvı” radiosuna müsahibəsində kürd muzdluların erməni tərəfində döyüşdüklərini bildirib. Qeyd edək ki, “Novaya qazeta”nın jurnalisti İlya Azar bu yaxınlarda Şuşa, Xankəndi və Laçına gedərək ermənilərin öz dillərindən eşitdiklərinə əsaslanaraq onların cəbhə xəttindəki acınacaqlı vəziyyəti barədə yazıb. Həmin rapora görə, İlya Azarın Ermənistanda etibarnaməsi ləğv edilib. Muratov bildirib ki, müsəlman kürdlər Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizini qoruyurlar. Onlar erməniləri dəstəkləyirlər.
Bildirək ki, xarici mətbuat Suriya və İraqdan çox sayda PKK terrorçularının aylar öncə erməni tərəfində döyüşmək üçün Dağlıq Qarabağa göndərilməsi barədə dəfələrlə məlumat yayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button