İran

Zabolda daha bir məhkum edam edilib

İyulun 2-də Sistan-Bəluçistan əyalətinin Zabol şəhərinin zindanında daha bir məhkum dar ağacından asılaraq edam edilib.

Əslən Gilan əyalətinin Rəşt şəhərindən olan Rəhmətullah Vəlinəjadın qətldə ittiham olunduğu və 2016-cı ildən Zabol zindanında saxlanıldığı bildirilir.

Onun edam edilməsi barədə İran məhkəmə sistemi və rəsmi dövlət mediası hər hansı bir açıqlama verməyiblər.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı iyulun 1-də yaydığı son hesabatında bu ilin birinci yarısında İranın müxtəlif zindanlarında 251 ölüm hökmünün icra edildiyini, bunun ötən ilin oxşar dövrü ilə müqayisədə 134 nəfər çox olduğunu bildirib

Related Articles

Bir cavab yazın

Back to top button