AzərbaycanDünya

Qarabağdan qaçan keşiş Qazaxın kəndlərində peyda olub

Erməni kilsəsi tarixən oynadığı iblis rolunu davam etdirir. Bu dəfə onun “səhnəsi” Qazaxın işğal altındakı kəndləridir...

“Aznewstv” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Qarabağdan qaçmış “Qarabağ yeparxiyasının rəhbəri”, yepiskop Vrtanes Abramyan Qazaxın işğal altındakı kəndləri ətrafında keçirilən aksiyalara qoşulub. Jurnalistlərlə söhbətində yepiskop deyib ki, “hazırda “artsax”ın düşmənə verilməsi prosesi davam edir.

O, hətta Nikol Paşinyanı İosif Stalinlə müqayisə edib: “100 il əvvəl “artsax”ın kimin əli ilə Azərbaycanın tərkibinə daxil olduğu hamıya məlumdur. Bu, Stalinin “sayəsində” olmuşdu. Çox az vaxt keçdi və oğullarımızın qanı ilə “azad edilən artsax” bir nəfərin “sayəsində” yenidən Azərbaycana keçdi…

Bu təhlükələri zərərsizləşdirmək, görünən və görünməyən düşmənləri sıralarımızdan silmək üçün bütün potensialımızdan istifadə etməliyik. Əgər gecikdirsək, daha təhlükəli hadisələr meydana çıxacaq”.

Göründüyü kimi, erməni kilsəsinin gözü qandan doymur və öz çirkin niyyətləri naminə yenə minlərlə ermənini qırğına verməyə hazırdır…(AzPolitika)

Related Articles

Bir cavab yazın

Back to top button