Dünya

Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmağa yaxınlaşdığını bildirib

Bu barədə krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman “Fox News” telekanalına müsahibəsində bildirib.

O, Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasına dair danışıqları xarakterizə etmək üçün bir jurnalistin sorğusuna cavab olaraq: “Biz hər gün daha da yaxınlaşırıq”, – dedi.

Vəliəhd vurğulayıb ki, İsraillə münasibətlərin normallaşması kontekstində Fələstin məsələsi Səudiyyə Ərəbistanı üçün fundamental əhəmiyyət kəsb edir. “Biz bu hissəni həll etməliyik və biz yaxşı danışıqlar aparmağa davam edirik”, – deyə o bildirib.

Məhəmməd bin Salmanın sözlərinə görə, krallıq İsrailin Yaxın Şərqdə oyunçu olmasına imkan verəcək və fələstinlilərin həyatını asanlaşdıracaq nəticə əldə etməyi gözləyir.

Related Articles

Bir cavab yazın

Back to top button