Dünyaİran

İranın Venesuela və Nikaraquaya dərman ixracı etirazla qarşılaşdı

İbrahim Rəisinin Latin Amerikasına səfəri zamanı İranın Venesula və Nikaraquaya dərman və tibbi ləvazimat göndərilməsi barədə razılıq əldə olunub.

Bu barədə  İranın səhiyyə naziri Bəhram Eynullahi açıqlama verib.

Nazirin açıqlamasından sonra tibb işçiləri və əczaçılar məsələyə narazılıqlarını bildirib, ölkədə dərman qıtlığı yaşandığı vaxtda başqa ölkələrə dərman ixracatının hökumətin vətəndaşlara qarşı laqeydliyinin nümunəsi olduğunu bildiriblər.

Qeyd edək ki, hazırda İranda ciddi dərman qıtlığı böhranı yaşanmasına baxmayaraq, Tehran hökuməti Rusiyaya da vacib dərmanlar ixrac edir.

Related Articles

Bir cavab yazın

Back to top button