İran

İran Ermənistana da dronlar verməyi planlaşdırır

Amerikanın “Jamestown Foundation” analitik mərkəzi bildirir ki, Türkiyə-Azərbaycan birliyinin güclənməsi və İsrailin Qafqazda artan mövcudluğunun qarşısını almaq üçün İran Ermənistana intiharçı pilotsuz təyyarələr verməyi planlaşdırır.

Beyin mərkəzinin fikrincə, Tehran Bakını regiondakı maraqlarına uyğun addımlar atmağa inandıra bilmədikdən sonra Azərbaycana qarşı “məcburetmə taktika”sına əl atıb.

“Jamestown Foundation” bildirir ki, görünür, Bakının barışmazlığına cavab olaraq İran “Qafqaz Sülh Prosesi”ni pozmaq üçün Azərbaycanın rəqibi Ermənistana intiharçı pilotsuz təyyarələr vermək istəyə bilər.

“Tehranın Xəngəzur dəhlizi layihəsindən imtina etmək, eləcə də Təl-Əvivlə tərəfdaşlığını dayandırmaq üçün Bakını “qorxdurmaq” cəhdləri əks nəticə verib”. (Axar.az)

Related Articles

Bir cavab yazın

Back to top button