İran

Həkimə Əhmədi Təbrizin inqilab məhkəməsinə çağırılıb

Güney azərbaycanlı milli fəal, “Ana Tümrüs” ləqəbi ilə tanınmış Həkimə Xanım Əhmədi Təbrizin İnqilab Dadqahına çağırılıb. Xatırladaq ki, 1399-cu il tirin 26-da Quzey Azərbaycanın Təbrizdəki konsulluğu önündə etiraz baş tutub. Vətən Savaşının birinci mərhələsində ermənilərin Tovuz bölgəsinə saldırılarına etiraz olaraq bir qrup güney azərbaycanlı fəal bir araya toplaşaraq yürüş keçiriblər. Belə ki, etirazlar zamanı tutuqlananlar arasında Həkimə Xanım Əhmədi də olub.
Fəalın yaxınlarının verdiyi məlumata görə, həmin gün intizami məmurları ilə yanaşı şəxsi geyimli təhlükəsizlik məmurları etirazçılara hədə-qorxu gələrək təzahuratı dağıtmağa çalışıblar. Etirazçıların müqavimət göstərməsi nəticəsində bir qrup şəxs saxlanılıb. Həkimə Əhmədi və başqa fəallar 21 gün müvəqqəti həbs müddətində fiziki və ruhi işgəncələrə məruz qalıblar. Mədəni fəal dindirilmədən sonra 100 milyon tümənlik vəsiqə qarşılığında zəmanətə buraxılıb.
Həkimə Əhmədi 1399-cu il mehrin 30-da difaiyyə üçün dadqaha çağırılıb və orada yenidən həbs edilib. Fəalın etirazı 38 saat sonra nəticə verib. Belə ki, pərvəndənin qazisi vəsiqənin məbləğini 2 qat artıraraq, üstəlik 100 milyon tümən də zəmanətin ödənilməsi qarşılığında onu müvəqqəti azadlığa buraxıb.
Fəal bu il abanın 17-də Qəzaiyyə Qüvvəsinin elektron çağırış vərəqəsi vasitəsilə 1399-cu il deyin 19-da növbəti dəfə dadqaha çağırılıb. Ancaq camiədə koronavirus səbəbilə tətbiq olunan məhdudiyyətlərə görə, onun dadqahi olunacaq cələsəsi bu il deyin 20-ə qədər uzadılıb. Həmin ittihama görə, Həkimə Əhmədinin ölkədən çıxışı qadağan edilib.
Vurğulayaq ki, Həkimə Əhmədi 1397-ci il mehrin 26-da Gaseh qrupunun təşkilatçısı, Təcziyə tələblik, Nizam əleyhinə sosial şəbəkələrdə qruplar, eləcə də kanallar yaradmaqla ittihamlanıb. O, idarəetmə ittihamları ilə həbs olunub və Marağa zindanında ilyarım qərarbazdaşt olaraq 2 il həbsə məhkum edilib. Mədəni fəal koronavirus məhdudiyyətləri ilə ilgili olaraq qalan həbsindən azad edilib. Həkimə Əhmədinin həyat yoldaşı Məhəmmədrza Qurbani həyat yoldaşını ağır ittihamlardan uzaqlaşdırmaq məqsədilə onun cürmlərini öz üzərinə götürüb. Məhəmmədrza Qurbani hazırda 25 aydır ki Marağa zindanında həbsdədir.

Related Articles

Bir cavab yazın

Back to top button