İran

İRAQ İRANA OLAN BORCLARINI “YEMƏK VƏ DAVA” İLƏ ÖDƏYƏCƏK?

İran Mərkəzi Bankının rəisi Əbdülnasir Himməti Bağdadın İrana olan qaz və elektrikə görə borclarını yemək ,dava sadir etməklə ödəməyə razılıq verdiyini açıqlayıb.
O, İraqın Baş vəziri Mustafa Kazemi Himməti ilə görüşdə, “yemək və əsas malları təmin etməklə pul köçürmə müşkülünün həlli ilə bağlı sizinlə tam razıyıq və tərəfimizdən lazımi həmkarlıq gerçəkləşdiriləcək”, – deyə bildirib.
İraq təhrimlər səbəbindən İrandan varid etdiyi qaz və elektrikin pulunu Tehrana ödəyə bilmir. İran məqamları dəfələrlə İraqın 2 milyard dolar borcu olduğunu bildiriblər.
İraq məqamları pulun İranın İraqdakı Ticarət Bankındakı hesabına köçürüldüyünü, ancaq təhrimlər ucbatından İranın yalnız İraqdan mal varid edə biləcəyini deyirlər.
Halbuki, İranın İraqa yalnız qeyri-neft sadiratı 2018-ci ildə 9 milyard dollardan çox, bu ölkədən ümumi varidatı isə 59 milyon dollar təşkil edib. İranın İraqa elektrik və qaz sadiratının illik dəyəri isə təqribən 2 milyard dollar qiymətləndirilir.
İran 2019-cu ilin əvvəlindən xarici ticarətinin ayrıntılarını açıqlamağı dayandırıb və indiki İran-İraq ticarətinin ayrıntıları məlum deyil.

Related Articles

Bir cavab yazın

Back to top button