Azərbaycan

Şuşa-Xankəndi yolunda aksiyaçı həkim: “Milliyyətindən asılı olmayaraq hər kəsə kömək etməyə hazırıq”

"Milliyyətindən asılı olmayaraq hər kəsə kömək etməyə hazırıq".

Bunu Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının üzvü, kardioloq Mətanət Paşayeva deyib.

“Azərbaycanın ekofəalları ilə həmrəyliyimizi bildiririk. İstəyirik ki, ölkəmizdə ekologiyanın təmizliyinə riayət olunsun və təbii sərvətlərimiz dövlətimizin, xalqımızın nəzarətində olsun.Azərbaycan çoxmillətli dövlətdir. Biz sülh içində yaşamaq istəyirik.

Milliyətindən asılı olmayaraq hər kəsə kömək etməyə hazırıq.

Aksiyanın keçirildiyi ərazidə tibb məntəqəmiz var. Sona qədər də burada olacağıq. Biz türk millətinin nümayəndəsi kimi hər bir insana kömək etməyə hazırıq və bununla fəxr edirik”, – o qeyd edib.

Həkim Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına da müraciət edərək deyib: “Tibbi nə köməklik lazımdırsa, bunu etməyə hazırıq. Biz milliyətindən asılı olmayaraq hər kəsə kömək etməyə hazırıq”.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.

Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.(Report)

Related Articles

Bir cavab yazın

Back to top button