İran

Mi̇lli̇ fəal Əli̇rza Fərşi̇ məzuni̇yyətə buraxılıb

Güney azərbaycanlı siyasi məhbus Əlirza Fərşi 500 milyon tümən vəsiqə qarşılığında 3 günlük müalicə mürəxəsisinə buraxılıb. İki aylıq mübarizədən və həbsxana məsullarının qanunsuz məhdudiyyətlərindən sonra fəal nəhayət mürəxəsi hqqından istifadə edə bilib. Məlumata görə, ana dili günü hərəkatının tanınmış fəalı Tehran həbsxanasından mey ayının 8-i ordibehiştin 18-də çıxıb. Bildirək ki, 2020-ci il septambrın 8-də Tehranın Evin zindanından Fəşafuyə həbsxanasına sürgün edilən mühəndis Əlirza Fərşi avrilin 17-də yaxınları ilə telefonda danışıb. O, bildirib ki, avrilin 5-də həbsxana nəzarətçi hakimi tərəfindən aldığı bildirişdə, onun 10 mars 2020-ci il tarixində girov qarşılığında mürəxəsiyə göndərilməsi barədə qərar verilib. Ancaq fəal qərarın bir neçə həftə gecikmə ilə bildirilməsinə baxmayaraq, yenə də mürəxəsiyə buraxılmayıb. Artıraq ki, Əlirza Fərşinin məsələsini diqqətdə saxlayan Uluslararası Əfv Təşkilatı onun işi ilə bağlı İran məhkəmə sisteminə etirazını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button