İran

İranda yeni təhlükəsizlik qurumu yaranır

İranda yeni təhlükəsizlik qurumu yaranır. Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Əbülfəz Əmuyi "İSNA" xəbər agentliyinə bildirib.

O, deyib ki, Məhkəmə Hakimiyyəti Mühafizə və Kəşfiyyat Təşkilatının yaradılması layihəsi bu komissiyada nəzərdən keçirilir.

Əbülfəz Əmuyi yeni təşkilatın yaradılmasında məqsədin “məhkəmə orqanlarının təhdid edilməsi və onları ələ almaq cəhdlərinə qarşı mübarizə aparmaqdan”dan ibarət olduğunu iddia edib.

Parlamentin Milli Təhlükəsizlik Komissiyasıda təfərrüatları araşdırılan layihədə isə yeni qurumun missiyası “beynəlxalq və xarici qüvvələrin psevdoproyeksiyasına qarşı mübarizə aparmaq, səlahiyyətli məhkəmə orqanının nəzarəti altında mühüm və həssas məhkəmə işləri haqqında məlumat və hesabatlar təqdim etmək” kimi izah edilib.

Related Articles

Bir cavab yazın

Back to top button