
15 ay öncə Türkiyədən oğurlanaraq İrana gətirilən Əhvaz ərəblərinin “Hərəkətul-nəzal” hərəkatının lideri Həbib Esyudun növbəti məhkəmə iclası keçirilib.
“Aznews tv” xəbər verir ki, proses İnqilab Məhkəməsinin 26-cı şöbəsində baş tutub.
Dövlət ittihamçısı fəalı bir neçə terror aktı törətməkdə, Amerika və Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib onlardan maddi yardım almaqda, dövlət və ictimai əmlakı dağıtmaqda, eləcə də “yer üzündə fəsad törətmək”də ittiham edib.
Qeyd edək ki, irəli sürülən bu ittihamlar təsdiqlənərsə, İran qanunlarına əsasən, Həbib Esyudu edam hökmü gözləyə bilər.