Dünya

Pentaqon: “Huron gölü üzərində vurulan obyekt təhlükəli olub”

“Huron gölü üzərində vurulan obyekt potensial kəşfiyyat imkanlarına görə təhlükəli olub”. Bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.

Bildirilib ki, obyekt milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən ABŞ hərbi obyektlərinin yaxınlığından uçub.

“Uçuş yolunu və mövcud məlumatları nəzərə alaraq, bu obyekti Montana üzərindəki hava məkanında qəbul edilən radar siqnalı ilə əsaslı şəkildə əlaqələndirə bilərik.

Həmin obyekt Müdafiə Nazirliyinin milli təhlükəsizlik baxımından həssas obyektlərinin yaxınlığından uçub”-deyə, məlumatda vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button