Bölgəİran

İraqda nümayişçilər İran konsulluğunu yandırdılar (VİDEO)

https://www.youtube.com/watch?v=oPLaCqSy-sQ

İraqın Nəcəf şəhərində nümayişçilər İran konsulluğunun binasını yandırıblar.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, onlarla etirazçı konsulluq binası yaxınlığında polislə toqquşmalar zamanı xəsarət alıb. İran konsulu binanın yandırılmasından 10 dəqiqə əvvəl mühafizə altında oranı tərk edib. Şəhərdə komendant saatı elan olunub.

Qeyd edək ki, bu ayın əvvəli isə nümayişçilər Kərbəladakı İran Konsulluğunun üzərindən ölkənin bayrağını endirərək binanı yandırmağa cəhd göstərmişdilər.

İraqda oktyabrın 1-dən başlayan kütləvi aksiyaların iştirakçıları İranın ölkənin daxili işlərinə müdaxiləsinə etiraz edirlər. İndiyədək 350-dən çox ölən var.

Related Articles

Bir cavab yazın

Back to top button