Azərbaycan

Azərbaycan və Türkiyənin Avropa ilə tranzit əməkdaşlığı

Xəzər dənizindən çıxarılan qazın Avropa ölkəsi olan İtaliyaya yönləndirilməsi Azərbaycan Cümhuriyyəti, Türkiyə və Avropa arasındakı tranzit əməkdaşlığın gücləndirilməsində önəmli rol oynayır. Hazırda Türkiyə ilə Azərbaycan Cümhuriyyəti Avropa bazarında təbii qaza olan ehtiyacın bir hissəsinin təmin edilməsində əhəmiyyətli ölkələr sayılır. Belə ki, Ankara və Bakının əməkdaşlığı sayəsində “Şahdəniz” yatağından təbii qazın Avropaya daşınması uğurla həyata keçirilib.
Türkiyə Xarici İşlər Vəzirliyindən verilən məlumata görə, artıq təbii qazın Azərbaycandan Trans Adriatik Boru Kəməri vasitəsilə İtaliyaya daşınmasına başlanılıb. Bildirək ki, Xəzər dənizindən Avropaya çəkilən qaz kəməri Güney Qafqaz Boru Kəməri, Trans Anadolu Boru Kəməri və Trans Adriatik Boru Kəməri olmaqla üç qismətdən ibarətdir.

Related Articles

Bir cavab yazın

Back to top button