Bölgəİran

İsrail rəsmiləri: Çətin ki, İran nüvə anlaşmasının canlandırılması ilə razılaşsın

İsrail mediası ölkə rəsmilərinə istinadən Avropa İttifaqının nüvə müzakirələrinin yekunlaşdırılması ilə bağlı səylərinə baxmayaraq, İran hökumətinin nüvə sövdələşməsinin dirçəldilməsi ilə razılaşacağının inandırıcı olmadığını yazıb.

“Haaretz” qəzetinin avqustun 9-da yaydığı xəbərdə bildirilib ki, İran rəsmilərinin Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin təqdim etdiyi sövdələşmənin son mətni ilə razılaşacağı mümkünsüz görünür.

“İran rəsmiləri anlaşmanın mətnini qəbul etmək istəmirlər və ilkin nüvə sazişi ilə müqayisədə əhəmiyyətli dərəcədə irəliləyiş olmayan hər şeyi qəbul etdirmək üçün mübarizə aparacaqlar”, – deyə İsrail rəsmisi vurğulayıb.

https://bit.ly/3P7LNxH

Related Articles

Bir cavab yazın

Back to top button