Azərbaycan

Azərbaycanın Ermənistana qarşı şikayəti

Azərbaycanın anayasa məhkəməsinin başqanı Fərhad Abdullayev uluslararası məhkəmələrdə Ermənistana qarşı qaldırılan şikayətlərdən danışıb

“Azərbaycan 30 ilə yaxın müddətdə öz milli ərazilərinin Ermənistanın qanunsuz nizami işğalından irəli gələn müxtəlif uluslararası hüquq pozuntuları ilə bağlı uluslar arası məhkəmələrə müraciət edib”.

Bunu Anayasa Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

“Ermənistana qarşı uluslararası səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı İnsan Hüquq¬ları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının hü¬quqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu və Birləşmiş Millətlər Təşkilatınin Uluslar arası Ədalət Məhkəməsinə müraciət edilərək Birləşmiş Millətlər Təşkilatının 1965-ci il tarixli “İrqi ayrı-seçkiliyin bütün formala¬rın ləğv edilməsi haqqında” uluslar arası konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan millətinə qarşı uzun müddət etnik təmizləmə siyasətinin aparılmasını sübut edən faktlar təsbit olunub”, – o vurğulayıb

Related Articles

Bir cavab yazın

Back to top button