Dünya

Rusiya Ukraynaya “Shahed” dronları ilə hücum edib

İranın “Shahed” kamikadze dronları Dnepropetrovsk vilayəti istiqamətində hərəkət edir. Bölgədə hava xəbərdarlığı elan edilib.

Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Serxi Lısak məlumat verib.

Dronların istifadəsini Dnepropetrovsk Vilayət Şurasının rəhbəri Nikolay Lukaşuk da təsdiqləyib: “Düşmən PUA-ları regionun hava məkanında”.

Dnepropetrovsk vilayəti ilə yanaşı, Zaporojye vilayətində də hava hücumu xəbərdarlığı elan edilib.

Luqansk və Krımda həyəcan siqnalı söndürülməyib. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button