Dünya

ERMƏNİSTANDA MİLLƏT VƏKİLLƏRİ VİRUSA TUTULDU

Ermənistan parlamentinin daha bir neçə millət vəkili yeni növ koronavirusa tutulub.
Bu barədə parlamentdəki “Mənim addımım” blokunun rəhbəri Lilit Makunts deyib.
“Dünən bir millət vəkilinin koronavirus nəticəsinin müsbət olduğunu bildirdim, daha sonra digər 3- nəfərdə koronovirus olduğu məlum oldu – deyə Lilit Makunts bildirib.
Qeyd edək ki, dünən “Mənim addımım” blokunun üzvləri Viktor Yengibaryan və Kristine Poqosyan “Facebook” vasitəsilə ictimaiyyətə COVID-19 virusuna tutulduqlarını açıqlayıb. Müxalifət partiyası “Çiçəklənən Ermənistan” fraksiyonunun üzvü və parlamentin rəhbərinin birinci müavini Vahe Enfiajyan da koronavirusa tutulduğunu deyib

Related Articles

Bir cavab yazın

Back to top button