İran

Həmədanda un çatışmazlığına görə bir sıra çörəkxanalar bağlanıb.

Həmədan əyalətində son iki gündə bir sıra çörəkxanalar un çatışmazlığı ucbatından bağlanıb.

Əhər, Piranşəhr, Sava, Kermanşah və Bocnurd şəhər əhalisi də oxşar çətinliklə üzləşiblər.

AN.T-nin məlumatına görə, bir sıra çörəkxanalar gündəlik təkcə iki saat işləyir, bəziləri isə bütünlüklə fəaliyyətini dayandırıb.

Onlar, çörəkxanaların fəaliyyəti zamanı uzun növbələrin olduğunu və bəzi çörəkçilərin məhdud sayda çörək satdıqlarını yazırlar.
Qeyd edək ki, İran hakimiyyətinin uzun illər dünya ilə sərt təamülündən irəli gələn təhrimlər, habelə sərriştəsiz insanların partbazlıqla işbaşında olmaq səbəbindən bu ölkənin iqtisadiyyatı çökmək ərəfəsindədir.

Related Articles

Bir cavab yazın

Back to top button