İran

9 və 12-ci̇ si̇ni̇flər üçün i̇mtahanlar ənənəvi̇ qaydada keçi̇ri̇ləcək 

Günlərdir davam edən etirazlara baxmayaraq, 9 ilə 12-ci siniflərin buraxılış imtahanları hüzuri keçiriləcək. Bu barədə Həmədanın Məlayer Fərmandarının Siyasi və İctimai müavini açıqlama verib. Hüseyn Farsi koronavirus sitadının qərarına uyğun olaraq imtahanların hüzuri keçiriləcəyini söyləyib. O, imtahanların keçirilməsi nəzərdə tutulan məktəblərdə koronavirus riskinə qarşı təmizlik işlərinin aparılacağını iddia edib. Qurum məsulunun sözlərinə görə, Məlayer, Cokar ilə Samen şəhərlərinin təhsil müdirlikləri imtahan zamanı mask taxılmasına və ara məsafənin saxlanılmasına nəzarət edəcəklər. Qeyd edək ki, bu il ölkədə tədris prosesi onlayn şəkildə icra edilib. Ancaq məsullar 9 ilə 12-ci sinif şagirdlərinin nəhayi imtahanlarının hüzuri keçirilməsinə israrlıdırlar. Bu durum şagirdlər ilə ailələrin nigaranlığına səbəb olub. Artıraq ki, onlayn təhsil zamanı bir çox öyrənci internet, təblet çatışmazlığı kimi müşküllərlə üzləşir. Çox sayda öyrənci təhsilini yarımçıq qoymağa məcbur olur. Özəlliklə Güney Azərbaycanda maddi imkanları az olan minlərlə şagird təhsil prosesindən qıraqda qalır.

Related Articles

Bir cavab yazın

Back to top button