Məqalələr

​​Tarixi məqalə: Azərbaycanın müqəddəratını həll edən müqavilələr – Türkmənçay müqaviləsi

Qacarın qoşunlarının 1826-cı ildə Rusiyanın nəzarətində olan Azərbaycan torpaqlarına daxil olması ilə Rusiya-İran müharibəsi yenidən başladı. Yerli əhalinin rus hakimiyyətinə qarşı üsyan qaldırması Abbas Mirzənin qoşununa müvəffəqiyyət gətirdi.

Qısa müd­dətə bütün Azərbaycanın quzeyi ruslardan təmizləndi. Lakin Abbas Mirzənin Şuşanın müha­sirəsində 45 gün yubanması ruslara müdafiəni təşkil edib əks hücuma keçmək imkanı verdi. Döyüşlərdə Qacarın qoşunları ağır məğlubiyyətə düçar oldu.

Nəticədə 1826-cı ilin axırlarında ruslar tərəfindən Lənkəran xanlığı ləğv olundu, 1827-ci ildə Rusiya Azərbaycanın quzeyini iş­ğal edərək güneyinə daxil oldu. Qısa müddət ərzində Təbriz düşmən əlinə keçdi. 1828-ci ilin yanvar-fevral aylarında ruslar Urmiya və Ərdəbili də aldılar.

Rusiya Dərbəndi özünə birləşdirdi, Borçalını Gürcüstana, İrəvanı, Zəngəzuru, Göyçəni və Dərələyəzi ermənilərə verdi. Nəticədə Azərbaycan torpaqları hesabına sonralar erməni əyalətlər rəisliyi yaradıldı.

1828-ci il fevralın 10-da İngiltərənin səfiri Mak Donaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bununla da Azərbaycanın quzey xanlıqlarının işğalı başa çatdı.

Müqavilənin 15-ci maddəsinə əsasən, erməni əhali­sinin İrandan Güney Qafqaza hərəkətinə icazə verildi. Ən əsas məsələlərdən biri isə Qacar dövlətinin Azərbaycan torpaqlarına köçmək istə­yən ermənilərə nəinki maneçilik törətməməli, əksinə, kömək etməli olduğundan ibarət idi.

Related Articles

Bir cavab yazın

Back to top button