İran

Peyman Sabirian xəstələrin metro ilə daşınması layihəsindən yazıb

Tehranın Urjans Mərkəzinin rəisi Peyman Sabirian mərizlərin metro ilə daşınması tərhinin yoxlama mərhələsində olduğunu açıqlayıb. O, tərhlə bağlı bildirib: “Mərizlərin, olaylar zamanı yaralanan şəxslərin daşınması məqsədilə yeraltı yollar və metrodan istifadə edə bilərik. Bu tərh üzrə Rah Ahən İdarəsinin hazırladığı yeni vaqonlardan istifadə oluna bilər. Tərh yoxlanılma mərhələsindədir. Beləliklə, çatışmazlıq və müşkülllər aradan qaldırılacaq. Daha sonra tərhin icraya yönəldilməsi nəzərdə tutulub. Bu üsulla mərizləri ən qısa zamanda başqa mərizxanalara köçürmək mümkün olacaq. Tərh Xomeyni, Təcriş Şəhidləri, Sina və Tehran metrosuna yaxın bir sıra mərizxanalar üzrə icra oluna bilər”.

Related Articles

Bir cavab yazın

Back to top button