Dünya

Çavuşoğlu: “Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olmalıdır”

“Rusiya ilə bir çox sahələrdə əməkdaşlığımız var. Regional məsələlərlə bağlı fərqli mövqedə olasaq da, Rusiya ilə bu sahədə də iş birliyimiz mövcuudur. Suriya məsələsində də fərqli tərəflərdə olmağımıza baxmayaraq Astana prosesi ilə başlayan əməkdaşlığımız davam edir”.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Deyə bilərəm ki, Liviya məsələsində də fərqli mövqedəyik, amma orada atəşkəsin davamlı olması üçün Rusiya ilə yüksək səviyyədə əməkdaşlığımız davam edir”, – o vurğulayıb.
M.Çavuşoğlu bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovla sabah Soçidə keçirəcəyi görüşdə Azərbaycan-Ermənistan məsələsini də müzakirə edəcəklər: “Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olmalıdır. Bununla bağlı gələcəkdə atılacaq addımları nəzərdən keçirəcəyik”-. M.Çavuşoğlu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button