Dünya

Tramp koronavirus təhlükəsindən danışdı

Amerika Prezidenti Donald Tramp koronavirus pandemisi səbəbindən beş dostunu itirdiyini bildirib. O, bu barədə “Fox News” telekanalının efirində deyib.
Dövlət başçısı bildirib ki, son vaxtlara qədər epidemidən heç bir qohumu və yaxın dostu ölməyib. “Beş dostumu itirdim. Onlardan biri Nyu-Yorkun daşınmaz əmlak bazarında uğur əldə edib” deyə, o əlavə edib. Məlumata görə, Trampın iş adamı olan dostu koronavirus testi müsbət çıxdıqdan sonra mərizxanaya yerləşdirilib. Olaydan iki gün sonra komaya düşüb. Bir neçə gün sonra isə ölüb. “ Bu faciəli epizod bir daha göstərdi ki, koronavirus mərizliyinə tutulan, təhlükə altında olan insanlara xüsusi qayğı göstərilməlidir” deyə prezident vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button