Sağlıq & Yaşam

Uzmanlardan havanın rekord həddə istiləşəcəyi barədə xəbərdarlıq

Yer kürəsində havanın istiliyinin artımı sürətlənir, bu ona gətirib çıxaracaq ki, ən yaxın onilliklərdə uzun müddətli istilərin ardıcıl dövrləri görunəcək.
“AN,T” xəbər verir ki, bu barədə “Axios” Sürixin Ali Tekniki Məktəbinin araşdırmasına istinadən bildirib.
“Əsas fikir ondan ibarətdir ki, biz qarşıdakı onilliklərdə istilərin rekordlarını daha çox üstələyəcək rekord həddə hazırlaşmalıyıq”, – araşdırmanın iştirakçısı Erik Fişer bildirib.
Uzmanlar araşdırmanın gedişatında habelə bəlli ediblər ki, qeyri-adi isti hava gülxana qazlarının atmosferə buraxılması ilə bağlı ola bilər. Qazların buraxılması göstəriciləri nə qədər çox olsa, istilik dövrü o qədər çox ola bilər.
Araşmanlar eləcə də qeyd ediblər ki, Yerdə orta illik hərarət hər onillik ərzində 0,18 dərəcə artır. Bu, əvvəlki 40 ildə görünəndən daha sürətlidir. Nəticələr uzmanlar hesab etdiyi kimi, gülxana qazlarının tullantılarını azaltmaq ehtiyacını göstərir.
Bilginlərgülxana qazlarının Yer kürəsinin iqlimini sürətlə dəyişdirdiyindən olan tədbirlərin yetərli olmayacağı fikrini də irəli sürüblər.

Related Articles

Bir cavab yazın

Back to top button