İran

“İranda əhalinin qocalması böhran həddinə çatıb”-Təbrizin cümə imamı

İranın ali rəhbəri Əli Xamneyinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim ölkə əhalisinin sürətlə qocaldığını deyib. Onun sözlərinə görə, bu proses böhran həddinə çatıb.

O, bütün məsulları evləndirmə və uşaq dünyaya gətirmə kampaniyası başlatmağa çağırıb.

“Cəmiyyətin qocalması sürətlənib və belə gedərsə qarşıdakı 30 il içində bu sahədə ciddi böhranla üzləşəcəyik”-deyə, cümə imamı bildirib.

O, iqtisadi problemlər və işsizlik üzündən evlənmək istəməyənləri qınayıb, onların dediklərini bəhanə adlandırıb və bildirib ki, evlənmək özlüyündə bir çox problemin həllinə səbəb olur.

Qeyd edək ki, bir müddətdir Əli Xamneyinin göstərişi ilə çoxuşaqlılığın təbliği ilə bağlı xüsusi kampaniya başladılıb və bütün cümə imamları, məsul şəxslər bu yöndə fəaliyyətə cəlb olunublar.

Bununla yanaşı azyaşlıların evləndirilməsi ilə bağlı müxtəlif kampaniyalar başladılıb və erkən yaşda evlənənlərə xüsusi imtiyazlar, kreditlər verməklə yeniyetmələri evlənməyə həvəsləndirirlər.

İran İnsan Haqları Təşkilatının yaydığı son hesabata görə, 2021-ci ilin martından 2022-ci ilin martına kimi İranda 20 min azyaşlı qız uşağı məcburi şəkildə evləndirilib.

Hesabatda statistikanın rəsmi rəqəmlərə istinad edilərək verildiyini, məcburi nikaha cəlb olunan azyaşlıların sayının rəsmi statistikadan daha çox olduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button