Bölgə

İsrail qüvvələri İrana qarşı ağır hücumları imitasiya edib

İsrail Hərbi Hava Qüvvələri İrana mümkün hücumlarla bağlı ağır və çətin hücumları imitasiya edib.

İsrail Hərbi Hava Qüvvələri İrana mümkün hücumlarla bağlı ağır və çətin hücumları imitasiya edib.

“Aznews tv” xəbər verir ki, təlim əsasən havada yanacaq doldurma, uzaq mənzilli hücumlar və zenit-raketlərinə qarşı reaksiya da daxil olmaqla müxtəlif ssenariləri əhatə edib.

“The Times of Israel” nəşrinin məlumatına görə, İsrailin Hərbi Hava Qüvvələri bu yaxınlarda İranın nüvə təsisatlarına qarşı ağır hava hücumlarını imitasiya edib.

Məlumata görə, təxminən iki həftə öncə reallaşan təlimlərdə 12 qırıcı təyyarə iştirak edib.

Bəzi ərəb mediasında yayılan məlumatlara görə, yanvarın 21-də İsrailin “F-15″, F-16” və “F-35” qırıcıları da hərbi təlimlərə qatılıbıar. Bu təlimlərdə də əsasən havada yanacaq doldurma məşq edilib.

Related Articles

Bir cavab yazın

Back to top button