İran

Qəzvinin un fabriki qəzalı vəziyyətdədir

Qəzvinin ilk un karxanası hazırda pis durumdadır. Belə ki, tikilinin taxta və dəmirləri zayiatçılar tərəfindən yığışdırılıb. Karxananın yerləşdiyi hüdudlarda isə mötadlar toplanır.
Bildirək ki, un karxanası 1311-ci günəş ilində Hacı Sadıq Maşınçianın hümmət göstərməsi ilə 3 təbəqəli bir bina kimi istifadəyə verilib. Bu tikili Qəzvinin əzəmətli binalarından hesab edilib. 1330-cu illərdən sonra dəyirmanın işi azalıb və fəaliyyəti dayandırılıb.
Qəzvin Əyalətinin Fərhəngi Miras Baş İdarəsinin müdiri Əliriza Xəzaili deyir ki, bina özünəgörə memarlıq üslubuna sahibdir. Maşınçian un dəyirmanının binası Rəşt darvazasının Əsədabadi Bulvarının girişində yerləşir.

Related Articles

Bir cavab yazın

Back to top button