Azərbaycanİran

Urmiya gölünün fəsadları ilə bağlı xəbərdarlıq edilib – Təbriz boşaldıla bilər

Urmiya gölü ətrafında baş verən ekoloji fəlakətlərlə bağlı yenidən xəbərdarlıq edilib.

Təbiət incisinin qurumasının fəsadları barədə danışan İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş sədri İsa Kəlantəri daha da faciəli vəziyyətin yarana biləcəyini deyib.

O, gölün tamamilə qurumasından sonra bölgədə həyatın iflic olacağına və duz fırtınalarının şiddətlənəcəyinə görə Təbriz əhalisini başqa bölgələrə köçürmək zərurətinin yaranacağını bildirib.

Kəlantərinin xəbərdarlığından sonra Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə Təşkilatının baş direktoru Əmir Abbas Cəfəri Urmiya gölünün 95 faizinin quruduğu barədə açıqlama verib. Yerli ekoloqlar gölün hövzəsində yağıntıların olmadığına görə qarşıdakı yaz və yay aylarında Azərbaycan əyalətlərində duz fırtınalarının təhlükəli səviyyədə artacağı barədə xəbərdarlıq ediblər.

#Urmiya

Related Articles

Bir cavab yazın

Back to top button