Azərbaycan

Azərbaycanın “Mis-i Süngün” futsal komandası ikinci yeri tutub

Azərbaycan komandası Sari şəhərinin “Şəhrvənd” komandasını məğlub edib.

İranda futsal üzrə premiyer liqa görüşləri çərçivəsində martin 11-də keçirilən qarşılaşmada Şərqi Azərbaycan əyalətinin Vərziğan şəhərinin “Mis-I Süngün” komandası Mazəndəran əyalətinin Sari şəhərinin “Şəhrvənd” komandasını məğlub edərək ikinci yeri tutub.

2-0 hesabı ilə başa çatan oyunda Azərbaycan komandasının qollarını Həmid Əhmədi və Həmzə Kədxudayi rəqib komandanın qapısından keçiriblər.

Qeyd edək ki, futzal üzrə İran Premyer Liqasının son mövsümlərində ardıcıl olaraq dörd dəfə çempion olan “Mis Süngün” İspaniyanın “Barselona”, Portaqaliyanın “Sporting”, Rusiyanın “Sinara” və Braziliyanın “Megnus” klubları ilə eyni sırada yer alıb.

Bununla yanaşı, dünya çempionatı öncəsi sonuncu təlim düşərgəsində millidən kənarlaşdırılan Vərziğanın “Süngün” klubunun oyunçusu Salar Ağapur dünyanın ən yaxşı gənc futzalçısı siyahısına salınıb.

Azərbaycan komandasının qapıçısı Əlirza Səmimi isə dünyanın ən yaxşı 10 qapıçısından biri seçilib.

“Mis Süngün” komandasını Premyer Liqanın çempionluğuna aparan klubun keçmiş baş məşqçisi Əhməd Bağbanbaşı 2021-ci ilin ən yaxşı 19 baş məşqçisindən biri seçilib.

Related Articles

Bir cavab yazın

Back to top button