İran

İranda evsizlərin sayı son vaxtlarda kəskin artıb

"Aznews tv"xəbər verir ki, bu barədə "əl-Ərəbiyyə" xəbər ajansı məlumat yayıb.

Bəzi iranlı ailələr yoxsulluq, məişət şəraitinin pisləşməsi və mənzil çatışmazlığı səbəbindən şəhərətrafı bölgələrə sığınıb, uçuq-sökük binaların çuxurlarında və kanallarında yaşayırlar.

“Aznews tv” xəbər verir ki, bu barədə “əl-Ərəbiyyə” xəbər ajansı məlumat yayıb.

Bildirilir ki, Mazandaran vilayətinin Neka şəhər sakini 4 nəfərdən ibarət ailəsi ilə evləri olmadığı üçün gördüyünüz çuxurda yaşamalı olublar.

Yerli vətəndaş tərəfindən çəkilən videoda sözügedən vətəndaş dövlət rəsmilərinə müraciət edərək deyir: “Dövlət məmurları, Şəhər Şurası haradadır? Məgər, bu ailənin üzvləri iranlı deyillər?”.

Yanlış idarəçilik, dünya ilə uyğunlaşmamaq, dövlət iqtisadiyyatının iflasa uğraması və məmurların məsuliyyətsizliyi ucbatından bu ölkənin xalqının ləyaqəti, güzəranı əlindən alınıb.

Qeyd edək ki, bundan öncə sosial mediada özəlliklə İranın böyük şəhərlərində avtobuslarda, kartonların üzərində, dağılmış binalarda, boruların içində və kanallarda yaşayan insanlara dair görüntülər yayılıb.

İranda evsizlərin sayı son vaxtlarda kəskin artıb

Related Articles

Bir cavab yazın

Back to top button